Ötən il Türkiyədən Azərbaycana nə qədər turist gəlib?

2026.02.09 18:45 (UTC+04:00)

2025-ci il ərzində Türkiyədən Azərbaycana 455,8 mindən çox şəxs səfər edib ki, bu da 2024-cü ilin göstəricisi ilə müqayisədə 7 faiz çoxdur.

Dövlət Turizm Agentliyinin hesabatına əsasən, təkcə ötən ilin dekabr ayında bu ölkədən Azərbaycana 39,1 mindən çox şəxs səfər edib. Bu, 2024-cü ilin eyni ayına nisbətdə 5,6 faiz, 2025-ci ilin noyabr ayına nisbətdə isə 0,1 faiz çoxdur.