Ötən il ölkədən 75 milyon dollarlıq alma ixrac edilib

2026.02.06 13:10 (UTC+04:00)

2025-ci il ərzində ölkədən 75 milyon dollar dəyərində 106,4 min tondan çox alma ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə dəyər və həcm ifadəsində müvafiq olaraq 21,3 faiz və 8,8 faiz çoxdur.

Hesabat ilində almanın ümumi ixracda xüsusi çəkisi 0,3 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 2,07 faizə bərabər olub.