Özbəkistanla ticarət dövriyyəsinin həcmi 3 dəfədən çox artıb

2026.02.06 12:26 (UTC+04:00)

2025-ci il ərzində Azərbaycanın Özbəkistanla ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilə nisbətdə 3,1 dəfə artaraq 795,1 milyon dolları üstələyib.

Hesabat ilinin nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Özbəkistanla ticarətin payı 1,6 faiz təşkil edib.

Mənbə: Dövlət Gömrük Komitəsi