Mis konsentratının hasilatında artım var

2026.02.05 14:13 (UTC+04:00)

2025-ci il ərzində ölkənin mədənçıxarma sənayesində 8 144,5 ton mis konsentratı hasil edilib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü ilin göstəricisi ilə müqayisədə hasilatın həcmi 32,6 dəfə artıb.

Bu ilin yanvar ayının 1-nə hazır məhsul ehtiyatı 3 203,2 ton təşkil edib.