Qazaxıstanla ticarət dövriyyəsinin həcmi 670 milyon dolları üstələyib

2026.02.05 13:01 (UTC+04:00)

2025-ci il ərzində Azərbaycanın Qazaxıstanla ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilə nisbətdə 42,5% artaraq 670,6 milyon dolları üstələyib.

Hesabat ilinin nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Qazaxıstanla ticarətin payı 1,35 faiz təşkil edib.

Mənbə: Dövlət Gömrük Komitəsi