Tikinti sektorunda qeyri-dövlət müəssisələrinin payı artır

2019.08.28 17:38 (UTC+04:00)

Bakı Şəhər Statistika İdarəsinin son hesabatında qeyd olunur ki, cari ilin yanvar-iyul aylarında paytaxtda tikinti müəssisələri tərəfindən yerinə yetirilən inşaat işlərinin 65,4 faizini tikinti, yenidənqurma və genişləndirmə, 7 faizini əsaslı təmir, 5,2 faizini cari təmir, 22,4 faizini isə sair tikinti işləri təşkil edib. Hesabata əsasən, ümumi inşaat işlərinin 83,4 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib.