Ötən il əmanətlərin dollarlaşma səviyyəsi 28 faizə enib

2026.02.04 16:38 (UTC+04:00)

Valyuta bazarındakı stabillik qiymət sabitliyinin təmin edilməsində mühüm rol oynamağa davam edir. 2025-ci ildə mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 423 milyon ABŞ dolları üstələyib.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin 2025-ci ildə 2,6 faiz bəndi azalaraq 28 faizə enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Bu şəraitdə 2025-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 5,1 faiz artaraq 11,5 milyard dollara çatıb.