Bu ilin yanvar-iyul aylarında Bakının ticarət dövriyyəsinin həcmi 2018-ci ilin eyni dövrü ilə müqayisədə 3,1 faiz artaraq 11.533,2 milyon manat olub. Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata görə, paytaxtın ticarət şəbəkəsində satılan ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz artaraq 5.267,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,1 faiz artaraq 6.265,5 milyon manata bərabər olub.
İstehlak məhsullarının 27,9 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 46,1 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 26 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.