Yaxın Şərq ölkələrindən Azərbaycana gələn turistlərin sayı artır

2026.02.03 14:12 (UTC+04:00)

2025-ci il ərzində Yaxın Şərq ölkələrindən Azərbaycana 301,3 mindən çox xarici vətəndaş səfər edib ki, bu da 2024-cü ilin göstəricisi ilə müqayisədə 13,1 faiz çoxdur.

Dövlət Turizm Agentliyinin hesabatına əsasən, təkcə ötən ilin dekabr ayında qeyd edilən regiondan ölkəyə 28,2 mindən çox şəxs səfər edib. Bu, 2024-cü ilin dekabr ayına nisbətdə 29,3 faiz, 2025-ci ilin noyabr ayına nisbətdə isə 43,8 faiz çoxdur.

2025-ci ilin dekabr ayında Yaxın Şərq ölkələrindən Azərbaycana gələn turistlərin sayına görə TOP 10 ölkə:

İsrail
BƏƏ
Səudiyyə Ərəbistanı
Küveyt
Misir
İordaniya
İraq
Bəhreyn
Oman
Qətər