Sənayedə istehsal olunan malların və göstərilən xidmətlərin həcmi artıb

2019.08.28 17:17 (UTC+04:00)

Bu ilin yanvar-iyul aylarında sənayedə istehsal olunan malların və göstərilən xidmətlərin həcmi 23,2 milyard manat təşkil edib. Bakı Şəhər Statistika İdarəsinin hesabatında qeyd olunur ki, sənaye məhsulunun 80,9 faizi mədənçıxarma, 17,1 faizi emal, 1,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 83,9 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 89,1 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 10,9 faiz təşkil edib. İstehsal edilən məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranan ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 avqust 2019-cu il vəziyyətinə 233,6 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınan və satış üçün nəzərdə tutulan 60,5 milyon manat məbləğində digər məhsullar da mövcud olub.