İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinin müddəalarına əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı təqdim etməlidir. Bu Məcəllənin 71-3-cü maddəsinə əsasən, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əmtəə təyinatlı yüklərin daşınmasına görə elektron əmtəə-nəqliyyat qaiməsi və yük avtonəqliyyatı üçün elektron yol vərəqəsi tərtib edilir.
Vergi Məcəlləsinin 16.1.11-10-cu maddəsinə əsasən, vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktını və “Avtomobil nəqliyyatı haqqında” Qanuna uyğun olaraq avtomobil nəqliyyatı vasitəsilə əmtəə təyinatlı yüklərin daşınmasına görə elektron əmtəə-nəqliyyat qaiməsini və yük avtonəqliyyatı üçün elektron yol vərəqini tərtib etmək vergi ödəyicilərinin vəzifələrinə aiddir. Buna əsasən, yükdaşıma fəaliyyəti göstərən vergi ödəyicisi tərəfindən yüklərin yükgöndərəndən yükalana daşınaraq təhvil verilməsi elektron əmtəə-nəqliyyat qaiməsi və elektron yol vərəqəsi əsasında həyata keçirilir.
Əsas: Vergi Məcəlləsinin 16.1.11-10-cu, 71-1.1-ci, 71-3-cü maddələri