Pambıq mahlıcı və ipliyinin istehsalında artım var

2026.02.03 13:30 (UTC+04:00)

2025-ci il ərzində ölkədə 96,9 min ton pambıq mahlıcı və 21,8 min ton pambıq ipliyi istehsal edilib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü ilin eyni dövrünün göstəricisinə nisbətdə pambıq mahlıcının istehsalı 32,6 faiz, pambıq ipliyinin istehsalı isə 18,4 faiz artıb.

Bu ilin yanvar ayının 1-nə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı pambıq mahlıcı üzrə 35,8 min ton, pambıq ipliyi üzrə isə 51,8 min ton təşkil edib.