Neft koksunun istehsal həcmi açıqlanıb

2026.02.02 12:18 (UTC+04:00)

2025-ci il ərzində ölkədə 240,8 min ton neft koksu istehsal edilib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü ilin göstəricisinə nisbətdə istehsal həcmi 31,3 faiz artıb.

Bu ilin yanvar ayının 1-nə hazır məhsul ehtiyatı 40,7 min ton təşkil edib.