Naxçıvanda vergi ödəyicilərinə xidmət mərkəzlərində 44 mindən çox şəxs qəbul edilib

2026.01.30 11:30 (UTC+04:00)

2025-ci il ərzində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən ümumilikdə 44.481 şəxs qəbul edilib. Mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 59.963 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz çoxdur.

Ümumi xidmətlərin 90 faizini 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:

2025-ci ildə vergi ödəyicilərinə 668.471 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində vergi ödəyiciləri ilə 113 görüş keçirilib, 540 sayda ünvanlı xidmət göstərilib. Həmin dövrdə 3.689 müraciət üzrə 6.479 Asan İmza sertifikatı verilib.