Ötən il pomidorun ixrac dəyəri 192 milyon dolları üstələyib

2026.01.30 12:54 (UTC+04:00)

2025-ci il ərzində ölkədən təqribən 192,4 milyon dollar dəyərində 172,8 min tondan çox pomidor ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə dəyər və həcm ifadəsində müvafiq olaraq 9,7 faiz və 18,7 faiz çoxdur.

Hesabat ilində pomidorun ümumi ixracda xüsusi çəkisi 0,77 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 5,3 faizə bərabər olub.