Maye qazın istehsal həcmi açıqlanıb

2026.01.30 10:06 (UTC+04:00)

2025-ci il ərzində ölkədə 225,8 min ton maye qaz istehsal edilib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü ilin göstəricisinə nisbətdə istehsal həcmi 32,2 faiz artıb.

Bu ilin yanvar ayının 1-nə hazır məhsul ehtiyatı 2,5 min ton təşkil edib.