"Gabala Beverage Company" şirkətinin təsisçisi Sezar Çöçelli ilə görüşdə şirkətlə əməkdaşlıq məsələlərini və biznes təşəbbüslərini müzakirə etdik.
Regionlara investisiyaların cəlb edilməsini, Qəbələdə alkoqollu və alkoqolsuz içkilərin istehsalı zavodunun tikintisi üzrə görülən işləri, layihənin məşğulluğun təşviqi, rəqabətqabiliyyətli məhsulların istehsalı və idxaldan asılılığın azalması baxımından perspektivlərini qeyd etdik”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.
