1 yanvar 2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikası üzrə uçotda olan 54.179 vergi ödəyicisinin 94,7 faizi fiziki şəxslər, 5,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Əvvəlki illə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 7,4 faiz, o cümlədən fiziki şəxslərin sayı 7,6 faiz, hüquqi şəxslərin sayı isə 4,7 faiz artıb. Qeydiyyatda olan kommersiya qurumlarının sayı 13,6 faiz artaraq 1.759 vahid olub.
2025-ci ildə kommersiya qurumlarının 89,2 faizi elektron, 10,8 faizi kağız daşıyıcısı əsasında qeydiyyata alınıb.