Yunanıstan ilə ticarət dövriyyəsi artıb

2026.01.29 14:05 (UTC+04:00)

2025-ci il ərzində Azərbaycanın Yunanıstan ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilə nisbətdə 27,6 faiz artaraq 872,8 milyon dolları üstələyib.

Hesabat ilinin nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Yunanıstan ilə ticarətin payı 1,76 faiz təşkil edib.

Mənbə: Dövlət Gömrük Komitəsi