2025-ci ilin yanvar-noyabr aylarında elektron satınalmalar nəticəsində dövlət büdcəsinə qənaət edilən məbləğ 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 40,5% artaraq 786,6 milyon manat təşkil edib.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məlumatına görə, dövlət satınalmalarında qənaət məbləğinin artması büdcə vəsaitlərindən səmərəli istifadənin göstəricilərindən biridir. Bu, dövlət satınalmaları prosesində rəqabət mühitinin və maliyyə intizamının güclənməsini əks etdirir.