Azərbaycanın icmal büdcəsinin profisiti 3 milyard manatı ötüb

2026.01.28 16:25 (UTC+04:00)

2025-ci il icmal büdcənin gəlirləri 47 955,1 milyon manat, xərcləri isə 44 651,9 milyon manat icra olunub.

Maliyyə Nazirliyinin məlumatına görə, icmal büdcədə 3 303,2 milyon manat məbləğində profisit yaranıb.

İcmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri 8 088,7 milyon manat, xərcləri 7 518,2 milyon manat, İşsizlikdən Sığorta Fondunun büdcəsinin gəlirləri 242,3 milyon manat, xərcləri 213,3 milyon manat, İcbari Tibbi Sığorta Fondunun büdcəsinin gəlirləri 2 006,0 milyon manat, xərcləri 2 418,0 milyon manat, Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin gəlirləri 17 169,2 milyon manat, xərcləri 14 586,5 milyon manat məbləğində icra olunub.

Hesabat dövründə Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri 451,0 milyon manat, xərcləri 445,6 milyon manat təşkil edib.