Ötən il qeyri-neft-qaz sektoru üzrə büdcə daxilolmaları 3,6 faiz artıb

2026.01.28 15:29 (UTC+04:00)

2025-ci il dövlət büdcəsinin gəlirləri 39 131,1 milyon manat, xərcləri 38 603,6 milyon manat icra olunub, 527,5 milyon manat məbləğində profisit yaranıb.

Maliyyə Nazirliyinin məlumatına görə, dövlət büdcəsinin qeyri-neft-qaz sektoru üzrə daxilolmaları 2025-ci il üzrə dövlət büdcəsinin ümumi daxilolmalarının 51,9 faizini təşkil etməklə 20 302,7 milyon manat olub ki, bu da 2024-cü illə müqayisədə 3,6 faiz çoxdur. Neft-qaz sektoru üzrə daxilolmalar 18 828,4 milyon manat təşkil edib ki, bu da 2024-cü ilin göstəricisini 7,2 faiz üstələyir.