Azərbaycan ilə Avropa İttifaqı arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti müzakirə olunub

2026.01.28 11:56 (UTC+04:00)

“Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə baş direktoru Gert Yan Koopman ilə yenidən görüşmək xoş oldu. Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında müzakirələr apardıq, Aİ-nin Azərbaycanın regional nəqliyyat və əlaqəlilik təşəbbüslərinə dəstək imkanlarını dəyərləndirdik”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.