Ötən il 37,7 milyon dollarlıq mis məmulatları ixrac edilib

2026.01.28 18:21 (UTC+04:00)

Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, 2025-ci ildə ölkədən 37,7 milyon dollar dəyərində 4,8 min tondan çox mis və ondan hazırlanan məmulatlar ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə dəyər ifadəsində 35,4 faiz, həcm baxımından isə 20,6 faiz çoxdur.

Ümumilikdə 2025-ci ildə ölkədən dəyəri 3,26 milyard dollardan çox təşkil edən Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2024-cü ilin müvafiq göstəricisini 13 faiz üstələyir. Hesabat ilində dəyər ifadəsində mis və ondan hazırlanan məmulatlar ixracının xüsusi çəkisi 1,16 faizə bərabər olub.