Ötən il ölkədən 60 milyon dollar dəyərində sement ixrac edilib

2026.01.27 17:29 (UTC+04:00)

2025-ci il ərzində ölkədən 59,6 milyon ABŞ dolları dəyərində 956,9 min tondan çox hazır və ya klinker formasında sement ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə dəyər və həcm ifadəsində müvafiq olaraq 12,3 faiz və 12,5 faiz çoxdur.

Hesabat ilində bu məhsulların ümumi ixracda xüsusi çəkisi 0,24 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,64 faizə bərabər olub.