Tikinti şüşəsinin istehsalı üzrə göstəricilər açıqlanıb

2026.01.27 16:57 (UTC+04:00)

2025-ci il ərzində ölkədə 9 850,8 min kvadratmetr tikinti şüşəsi istehsal olunub.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü ilin göstəricisinə nisbətdə istehsal həcmi 7,3 faiz artıb.

Bu ilin yanvar ayının 1-nə hazır məhsul ehtiyatı 1 766,4 min kvadratmetr təşkil edib.