Dövlət qurumlarında informasiya texnologiyalarının tətbiqi genişləndiriləcək

2019.08.28 11:02 (UTC+04:00)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyi yaxın zamanlarda innovasiya auditi keçirməyi planlaşdırır. Bu fikirləri Agentliyin sədri Tural Kərimli "AZCLOUD Hackathon 2019" müsabiqəsi ilə bağlı keçirilən mətbuat konfransında səsləndirib. Onun sözlərinə görə, artıq bir neçə dövlət qurumu ilə ilkin razılaşma əldə olunub: "İnnovasiya auditi nəticəsində hansı dövlət qurumu hansı innovativ həllər tətbiq edə bilər, hansı prosesləri daha da optimallaşdıra bilər, auditin nəticəsində bu tələblər müəyyən olunacaq".