İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi ödəyicisi borcunun olub-olmamasını Çağrı Mərkəzindən (195-1), özünə məxsus gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsinin "E-bəyannamə, ƏDV-DH və ŞHV" bölməsindən və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə öyrənə bilər. Həmçinin, vergi borcu haqqında məlumatı VÖEN-i qeyd etməklə bu linkdən öyrənmək mümkündür:
https://new.e-taxes.gov.az/etaxes/tax-debts
Vətəndaşlar banka getmədən onlayn üsulla və ya nağd qaydada ödəniş terminalları vasitəsilə vergilərini və digər icbari ödənişlərini ödəyə bilərlər. Dövlət Vergi Xidmətinin rəsmi saytının “Vergiləri necə ödəyək?” bölməsində yerləşdirilmiş videotəlimata əsasən, “Onlayn kargüzarlıq” alt bölməsi vasitəsilə ödəniş kartının məlumatlarından istifadə etməklə ödənilməli olan vergi məbləğini dövlət büdcəsinə ödəmək mümkündür.
"Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin onlayn dayandırılması" təlimatına nəzər yetirərək, istifadəçi tərəfindən obyektin fəaliyyətinin dayandırılması üçün ərizənin onlayn tərtib edilməsi və göndərilməsi qaydası ilə tanış ola bilərsiz.
Elektron xidmətlərdən istifadə zamanı yaranan hər hansı sual və ya çətinliklə bağlı Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyiniz tövsiyə olunur.