"İqtisadi zona" proqramının növbəti buraxılışı VİDEO

2026.01.26 16:10 (UTC+04:00)

- Distant iş anlayışı Əmək Məcəlləsinə daxil edildi. Məsafədən işləməyin üstünlüyü və fərqi nədir?

- Daşınmaz əmlak alarkən sənədlərin həqiqiliyini yoxlamaq mümkündür. Bəs bunu necə və hansı məlumatlara əsasən etmək olar?

- Banka getmədən hesab açılması, kredit götürülməsinə dair qaydalar sərtləşir. Yeni qaydalar vətəndaşı hansı təhlükələrdən qoruyacaq?

- Qızılın kəskin bahalaşması lombardların işinə necə təsir göstərir? Zinət əşyasını girov qoyub pul götürənlər nələrə diqqət etməlidirlər?

Bu və digər xəbərlərlə İqtisadiyyat Nazirliyi yanında DVX-nin ATV kanalı ilə birgə layihəsi olan "İqtisadi zona" proqramının 25 yanvar 2026-cı il tarixli buraxılışında tanış ola bilərsiniz. Verilişin qonağı “AzInTelecom” MMC-nin şöbə müdiri Tamerlan Məşədihəsənli Günel Bəhramqızının suallarını cavablandırıb.