“Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya regionunun infrastruktur üzrə regional direktoru cənab Çarlz Kormier və Cənubi Qafqaz üzrə regional direktoru xanım Roland Prays ilə görüşdə DB ilə ölkəmizin səmərəli əməkdaşlığını məmnunluqla vurğuladıq”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.
“Birgə reallaşdırılan layihələrin icra vəziyyətini dəyərləndirərək, şəhərsalma sektoru üzrə həyata keçirilən təşəbbüslər, Orta Dəhlizin regional perspektivlərini, şəhər mobilliyi, bərpaolunan enerji və "yaşıl" iqtisadiyyata keçid təşəbbüslərinə potensial dəstək imkanlarını nəzərdən keçirdik”, - nazir əlavə edib.