2025-ci ildə Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 1 290,9 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, bu sektor üzrə əldə olunan gəlirlərin həcmi 2024-cü ilə nisbətdə 4,5 faiz və ya 55,9 milyon manat artıb.
Ötən ilin noyabr ayı ilə müqayisədə isə dekabrda gəlirlərin həcmində 9,2 faiz və ya 10,5 milyon manat artım qeydə alınıb. Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 32,4 faizini təşkil edib.