Əczaçılıq məhsullarının istehsalı üzrə göstəricilərdə müsbət dinamika var

2026.01.22 17:34 (UTC+04:00)

2025-ci il ərzində Azərbaycanda 29,9 milyon manatlıq əczaçılıq məhsulları istehsal olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin göstəricisi ilə müqayisədə istehsal dəyəri 86,3 faiz artıb.

Hesabat ilində 15 732,5 min manatlıq dərman istehsal olunub ki, bu da illik ifadədə 77,3 faiz çoxdur. 2026-cı ilin yanvar ayının 1-nə 550,7 min manatlıq hazır məhsul ehtiyatı olub.