Ötən il əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 15 milyard manata çatıb

2026.01.21 13:32 (UTC+04:00)

2025-ci ildə ölkə üzrə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü illə müqayisədə real ifadədə 9 faiz artaraq 14 956,7 milyon manat olub.

Dövlət Statistika Komitəsinin hesabatına görə, hüquqi şəxslər tərəfindən əhaliyə 11 236,3 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,1 faizini təşkil edib.

2025-ci ildə hər bir ölkə sakini orta hesabla 1 460,1 manatlıq və ya 2024-cü illə müqayisədə nominal ifadədə 197,2 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.