“Mastercard” ilə 2026–2029-cu illər üzrə strateji əməkdaşlıq istiqamətləri müzakirə edilib

2026.01.16 16:50 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov “Mastercard” şirkətinin sədr müavini və strateji inkişaf üzrə prezidenti Con Hantsmanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Mərkəzi Bankın məlumatına görə, görüşdə 2026–2029-cu illər üzrə strateji əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər, həmçinin, maliyyə inklüzivliyinin genişləndirilməsi, rəqəmsal maliyyə infrastrukturunun gücləndirilməsi və ödəniş sistemlərinin səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən təşəbbüsləri nəzərdən keçiriblər.