Ötən ilin 11 ayında 60 milyon dollarlıq neft koksu ixrac edilib

2026.01.16 16:18 (UTC+04:00)

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan 59,9 milyon dollar dəyərində 195 min tona yaxın neft koksu ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 3,8 dəfə, həcmi isə 4,5 faiz artıb.

Ötən ilin 11 ayında neft koksunun ümumi ixracda xüsusi çəkisi 0,26 faizə bərabər olub.