Türkiyədən Azərbaycana səfər edənlərin sayı açıqlanıb

2026.01.16 13:30 (UTC+04:00)

2025-ci ilin yanvar-noyabr aylarında Türkiyədən Azərbaycana 416,6 mindən çox vətəndaş səfər edib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz çoxdur.

Dövlət Turizm Agentliyinin hesabatına əsasən, təkcə 2025-ci ilin noyabr ayında bu ölkədən Azərbaycana 39 mindən çox vətəndaş gəlib. Bu, 2024-cü ilin eyni ayının göstəricisini 24 faiz üstələyir.