Vyetnamla elektrik avtomobillərinin istehsalı sahəsində birgə fəaliyyət imkanları nəzərdən keçirilib YENİLƏNİB

2026.01.15 15:15 (UTC+04:00)

İqtisadiyyat naziri Mikayıl Cabbarov Vyetnamın “VinFast” şirkətinin İdarə Heyətinin sədri Le Thi Thu Thuyun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə ölkəmizin əlverişli işgüzar mühiti barədə məlumat verilib, investorlar üçün yaradılmış hüquqi və institusional mexanizmlər, vergi və gömrük güzəştləri, sənaye zonaları və investisiya təşviqi alətləri, eləcə də sabit makroiqtisadi mühit diqqətə çatdırılıb.

Tərəflər Vyetnamla iqtisadi əlaqələrin şaxələndirilməsi istiqamətində biznes dairələri ilə əməkdaşlıq, dayanıqlı inkişaf prioritetlərinə dair fikir mübadiləsi aparıblar.

Görüşdə yerli istehsalın təşviqi, elektrik avtomobillərinin istehsalı sahəsində birgə fəaliyyət imkanları, bu sahədə texnologiya və təcrübə mübadiləsinin əhəmiyyəti müzakirə olunub.

-----

14:26

“Vyetnamın "VinFast" şirkətinin İdarə Heyətinin sədri xanım Le Thi Thu Thuyun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmək xoş oldu. Vyetnamla iqtisadi əlaqələrin şaxələndirilməsi istiqamətində biznes dairələri ilə əməkdaşlıq, dayanıqlı inkişaf prioritetləri, ölkəmizin əlverişli işgüzar mühiti barədə fikirlərimizi bölüşdük. Elektrik avtomobillərinin istehsalı sahəsində birgə fəaliyyət imkanlarını nəzərdən keçirdik”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.