Ötən ilin 11 ayında 33,5 milyon dollarlıq mis məmulatları ixrac edilib

2026.01.15 17:56 (UTC+04:00)

Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, 2025-ci ilin yanvar-noyabr aylarında ölkədən 33,5 milyon dollar dəyərində 4,3 min tondan çox mis və ondan hazırlanan məmulatlar ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 29,7 faiz, həcm baxımından isə 17,4 faiz çoxdur.

Ümumilikdə 2025-ci ilin 11 ayında ölkədən dəyəri 2,969 milyard dollardan çox təşkil edən Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2024-cü ilin müvafiq göstəricisini 12,1 faiz üstələyir. Hesabat dövründə mis və ondan hazırlanan məmulatlar ixracının xüsusi çəkisi 1,13 faizə bərabər olub.