Vyetnamla ticarət dövriyyəsində artım qeydə alınıb

2026.01.15 13:10 (UTC+04:00)

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın Vyetnamla ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 7,4 faiz artaraq 141,8 milyon dolları üstələyib.

Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində Vyetnamla ticarətin payı 0,3 faiz təşkil edib.

Mənbə: Dövlət Gömrük Komitəsi