Ötən il 400-ə yaxın blok-qatar qəbul edilib

2026.01.15 10:18 (UTC+04:00)

"Azərbaycan Dəmir Yolları" QSC 2025-ci ildə 392 blok-qatar qəbul edib.

QSC-nin məlumatına görə, bu, 2024-cü ilin göstəricisini 37 faiz üstələyir.

Ötən il ümumilikdə 135 300 TEU konteyner yük daşınıb ki, bu da 2024-cü ilin göstəricisindən (114 000 TEU) təxminən 19 faiz çoxdur.