Aktau-Bakı-Aktau fider xətti ilə konteyner daşımaları 15 faizdən çox artıb

2026.01.14 12:14 (UTC+04:00)

2025-ci ildə “Kazmunaygaz"ın törəmə şirkəti "Kazmortransflot" tərəfindən Aktau-Bakı-Aktau fider xətti ilə 59,4 min iyirmi futluq konteyner daşınıb.

“Kazmunaygaz"ın məlumatına görə, 2024-cü illə müqayisədə daşımaların həcmi 15 faizdən çox artıb. Bu müsbət dinamika Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu boyunca daşımalara tələbatın artması ilə əlaqədardır.