Elektrik təchizatı şəbəkələrinə qoşulma ilə bağlı islahatlar müzakirə olunub

2019.08.27 16:35 (UTC+04:00)

Avqustun 27-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində elektrik təchizatı şəbəkələrinə qoşulma ilə bağlı islahatlar müzakirə olunub. Mərkəzin icraçı direktoru Vüsal Qasımlının sözlərinə görə, ilin ikinci yarısında ilk altı ayda tətbiq olunan yeni elektron xidmətin nəticələrinin təhlilinin aparılması, həmin xidmətin tətbiqinə başlanıldığı dövrdən elektrik şəbəkəsinə ümumi qoşulan sahibkarlıq subyektlərinə münasibətdə rəqəmsal qoşulanların xüsusi çəkisinin və bu sahədə mövcud vəziyyətin qiymətləndirilməsi, nəticələr üzrə təkliflərin verilməsi həyata keçiriləcək.

Qeyd olunub ki, 2019-cu ilin birinci yarımilliyi üzrə yeni elektron xidmətin proqram təminatının istifadəsi zamanı yaranan çağırışlar üzrə tədbirlər icraçı qurumlarla birlikdə reallaşdırılacaq.