Betondan yığma tikinti konstruksiyalarının istehsalı artıb

2026.01.13 12:56 (UTC+04:00)

2025-ci ilin yanvar-noyabr aylarında ölkədə 111,1 min kubmetr betondan yığma tikinti konstruksiyaları istehsal edilib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü ilin eyni dövrünün göstəricisinə nisbətdə istehsal həcmi 3,1 dəfə və ya 75,3 min kubmetr artıb.