Qırğızıstanla ticarət dövriyyəsinin həcmi açıqlanıb

2026.01.12 11:23 (UTC+04:00)

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın Qırğızıstanla ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 2 dəfə artaraq 73 milyon dolları üstələyib.

Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində Qırğızıstanla ticarətin payı 0,16 faiz təşkil edib.

Mənbə: Dövlət Gömrük Komitəsi