Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 31 mln. manatdan çoxu vətəndaşlara qaytarılıb

2026.01.08 10:48 (UTC+04:00)

Azərbaycan Respublikası ərazisində bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxs olan istehlakçılara qaytarılması ilə bağlı “ƏDV geri al” layihəsi uğurla davam etdirilir. 2025-ci il ərzində yaşayış və qeyri-yaşayış sahələrinin nağdsız qaydada alışı zamanı ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılmış həcmi 31 milyon 366,9 min manat təşkil edib.