Çin ABŞ mallarına əlavə vergi qoyub

2019.08.27 13:29 (UTC+04:00)

Çin Xalq Respublikası Dövlət Şurasının Gömrük Tarifi Komissiyası təxminən 75 milyard ABŞ dolları dəyərində 5 min 78 ABŞ məhsuluna 5 faizdən 10 faizədək əlavə vergi qoyub. Yeni tariflər, birincisi sentyabrın 1-dən olmaqla, iki fərqli tarixdə qüvvəyə minəcək. Bundan sonra Çin şirkətlərinə embarqo tətbiq edən tərəflər "etibarsız varlıqlar" siyahısına salınacaq. Eyni zamanda, Çin beynəlxalq iqtisadi münasibətləri və qaydaları qorumaq, eləcə də xarici sərmayə cəlb etmək üçün də iki yeni siyahı hazırlayır.