Ötən ilin 11 ayında Gürcüstanla ticarət dövriyyəsi 775 milyon dollara çatıb

2026.01.07 14:43 (UTC+04:00)

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 6,1 faiz artaraq 774,7 milyon dolları üstələyib.

Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində Gürcüstanla ticarətin payı 1,73 faiz təşkil edib.

Mənbə: Dövlət Gömrük Komitəsi