Bentonitin istehsal həcmində artım var

2026.01.07 12:59 (UTC+04:00)

2025-ci ilin yanvar-noyabr aylarında ölkədə 286 min ton bentonit istehsal edilib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü ilin eyni dövrünün göstəricisinə nisbətdə istehsal həcmi 27,5 faiz və ya 61,7 min ton artıb.

Dekabr ayının 1-nə hazır məhsul ehtiyatı 247,9 min ton təşkil edib.