Şərqi Avropa ölkələrindən Azərbaycana səfər edənlərin sayı artıb

2026.01.07 12:26 (UTC+04:00)

2025-ci ilin yanvar-noyabr aylarında Şərqi Avropa ölkələrindən Azərbaycana 104,3 mindən çox xarici vətəndaş səfər edib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,2 faiz çoxdur.

Dövlət Turizm Agentliyinin hesabatına əsasən, təkcə noyabr ayında qeyd edilən regiondan ölkəyə 9,2 mindən çox xarici vətəndaş səfər edib. Bu, 2024-cü ilin noyabr ayının göstəricisini 16,1 faiz üstələyir.

2025-ci ilin noyabr ayında Şərqi Avropa ölkələrindən Azərbaycana gələn turistlərin sayına görə TOP 5 ölkə: Ukrayna, Belarus, Polşa, Macarıstan və Moldova.