Bəzi dövlət rüsumları ləğv edilib

2019.08.27 11:53 (UTC+04:00)

Prezident İlham Əliyevin imzaladığı "Dövlət rüsumu haqqında" Qanunda dəyişikliklərin təsdiqi ilə bağlı sərəncama əsasən, xarici ölkələrin səfirliklərinə və konsulluqlarına viza rəsmiləşdirilməsi üçün verilən notaya görə dövlət rüsumu ləğv edilib. Bundan əlavə, dəyişikliyə əsasən, Qanunun 16.1.4-cü bəndi ləğv edilib. Qeyd edək ki, 16.1.4-cü bəndə əsasən, xarici ölkələrin səfirliklərinə və konsulluqlarına viza rəsmiləşdirilməsi üçün verilən notaya görə 4 manat dövlət rüsumu tutulurdu.